XƏBƏRLƏR

SABAH tələbəsinin beynəlxalq uğurları!

TƏLƏBƏLƏR

13 Aprel 2026

SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Mehparə Heydərova hazırda Qazaxıstanda mübadilə proqramı çərçivəsində Yessenov Universitetində bir semestrlik təhsil alır.

Bu müddət ərzində tələbəmiz Qazaxıstan, Özbəkistan və Azərbaycandan tələbələrin iştirak etdiyi, Berlin Texniki Universiteti və Yessenov Universitetinin birgə təşkil etdiyi “Central Asia Green Hydrogen Hackathon” müsabiqəsində 1-ci yerə layiq görülüb. Bu uğur ona Almaniyada təqaüdlü təcrübə proqramında iştirak etmək imkanı qazandırıb.

Bundan əlavə, o “Yessenov Pitch Deck Competition” müsabiqəsində 1-ci yeri qazanıb və Qazaxıstanın milli dövlət proqramı olan AI SANA Academy-yə qəbul alıb.