SABAH tələbələri SmartSolutions Hackathon 2026-nın qalibi olub!
TƏLƏBƏLƏR
13 Aprel 2026
SABAH qrupları Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları ixtisası üzrə III kurs tələbələri Nurlanə Ələkbərova və Kənan Rzayevin də yer aldığı ChatX komandası Süni İntellekt və Mobillik istiqaməti üzrə SmartSolutions Hackathon 2026-nın qalibi olub.
AzInTelecom MMC-nin dəstəyi ilə Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində təşkil olunan və iki gün davam edən hackathon çərçivəsində iştirak edən 14 komanda hazırladıqları innovativ həlləri münsiflər heyəti qarşısında təqdim edib. Hər bir komandaya təqdimat və MVP nümayişi üçün 5 dəqiqə, sual-cavab mərhələsi üçün isə əlavə 3 dəqiqə vaxt ayrılıb. Münsiflər heyəti təqdimatları ideyanın innovativliyi, texniki əsaslandırılması, real tətbiq imkanları, bazar potensialı və komanda performansı kimi meyarlar üzrə qiymətləndirib. Qiymətləndirmə nəticəsində müxtəlif istiqamətlər üzrə qalib komandalar müəyyən olunub.
Sonda qalib komandalar mükafatlandırılıb, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.