ELANLAR

Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oftalmoloji aksiya keçiriləcəkdir

27 Aprel 2026

Keçirilmə tarixi: 27 Aprel 2026

Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oftalmoloji aksiya çərçivəsində SABAH qrupları Naxçıvan Dövlət Universitetinin tibb ixtisası üzrə III kurs tələbələri tərəfindən universitet tələbələri üçün pulsuz göz müayinəsi aksiyası keçiriləcəkdir.

Məkan: Naxçıvan Dövlət Universiteti Xəstəxanası
Tarix: 27–28 aprel
Məsul həkim: Aynur Rzayeva
Məqsəd: Erkən diaqnostikanın vacibliyini vurğulamaq və cəmiyyətin, xüsusilə gənc nəslin göz sağlamlığı ilə bağlı maarifləndirilməsinə töhfə verməkdir.

Aksiya zamanı bütün müayinələr SABAH qruplarının tibb ixtisası üzrə III kurs tələbələri tərəfindən həkim nəzarəti altında aparılacaq.


Aksiya yalnız Naxçıvan Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur. İştirak etmək istəyənlərdən əvvəlcədən qeydiyyatdan keçmələri mütləqdir.

Qeydiyyat linki: https://lnkd.in/duAmFRZf